Bakının Ramana qəsəbəsində ətin qiyməti bahalaşıb. Dünəndən etibarən dana, quzu və qoç ətinin qiymətində 2-3 manat fərq müşahidə edilir.
Sonxeber.az Mətbuat.az-a istinadən xəbər verir ki, Yeni Ramananın inzibati ərazi bölgüsünə daxil olan "Şuşa" şəhərciyində iki gündür müştərilərə nisbətən baha qiymətə ət təklif olunur.
Hazırda şəhərcikdə 1 kiloqram dana əti 17, qoç əti 15.50, quzu əti isə 21 manata satılır. Üç gün əvvəl isə dana ətinin qiyməti 15, bəzi qəssabxanalarda isə 14 manat olub. Quzu ətinin bir kiloqramı isə 18-19 manatdan satılıb.
Qəssablar ətin qiymətinin artmasını dabaq xəstəliyi ilə bağlı təhlükənin aradan qalxması ilə əlaqələndiriblər. Onların sözlərinə görə, indi insanlar dana əti almağa tərəddüd etmirlər: "Dana ətinə tələbat artıb. Bu isə qiymət artımına səbəb olub".
Bahalaşmanın digər səbəbi isə Yeni il bayramının yaxınlaşmasıdır. "Bayram ərəfəsində kəndli məhsulunu baha satır. Biz də qiyməti qaldırmağa məcbur oluruq", - qəssab Teymur Səfərov belə deyib.
2025-12-14
19:43:19
Bakıda ət Bahalaşdı - YENİ QİYMƏT
Digər Xəbərlər
-
"Yerdəki 100 Manatı Götürmək Istəyəndə Yıxıldı" - Video
2025-12-15 23:37:09 -
Bakıda Məşhur Mağazadakı Fincanlarda Ağır Metallar Aşkarlandı - Birgə Məlumat
2025-12-15 23:28:10 -
Gizir Xanıya şəhidlik Statusu Verildi
2025-12-15 22:22:07 -
Anar Ələkbərov Ramiz Rövşəni Evində Ziyarət Etdi - Foto
2025-12-15 22:04:10 -
Bəylər Eyyubovun General Qardaşı Oğlu Işdən çıxarıldı
2025-12-15 21:58:09