Bakıda Bəzi Avtobuslarda Kartla ödənişlərdə Problem Yarandı

Bakıda bir sıra avtobus marşrutlarında bank kartları və QR kodlarla ödənişlərdə nasazlıq müşahidə olunur.

Sərnişinlərin verdiyi məlumata görə, təxminən bir saatdır ki, bir çox marşrut xəttində elektron ödəniş sistemi normal fəaliyyət göstərmir.

Kartı validatorda oxutduqda ekranda "Kartınız etibarsızdır" mesajı əks olunur.