"Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) QSC üzrə dövlət vəsaitlərinin və digər əmlakın idarə olunmasının auditinin nəticələri açıqlanıb.
Sonxeber.az APA-ya istinadla xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyi"ndə əksini tapıb.
Qeyd edilib ki, audit nəticəsində "AzTV" QSC tərəfindən əmək müqaviləsi əsasında fəaliyyət göstərən işçilərə əmək funksiyalarının icrası ilə bağlı əməkhaqqı formasında ödənilməli vəsaitlərin qonorar adı ilə rəsmiləşdirilməsinə və ödənilməsinə (ümumilikdə, 26 mln. manat, o cümlədən 2023-cü ildə 11.3 mln. manat, 2024-cü ildə 11.6 mln. manat, 2025-ci ilin 1-ci rübündə 3.1 mln. manat) yol verildiyi müəyyən edilib. Bu, əmək münasibətlərinin mülki-hüquq münasibətləri kimi yanlış təsnif edilərək Əmək Məcəlləsi və Vergi Məcəlləsinin şərtləri ilə uyğunsuzluqlara səbəb olub, nəticə etibarilə məcburi sosial ayırmaların tam həcmdə tutulmaması işçilərin sosial təminat hüquqlarının məhdudlaşdırılması ilə səciyyələnib.
2025-11-04
11:48:06
AzTV-də Işçilərin Maaşlarından 26 Milyon Manat Qonorar Adı Ilə Rəsmiləşdirilibmiş - RƏSMİ
Digər Xəbərlər
-
88 Yaşında Oxuma-yazma öyrəndi
2025-11-04 18:31:11 -
Metroda Bank Kartı Ilə ödəniş Mümkün Oldu
2025-11-04 16:33:09 -
Azyaşlıların Sürət Marağının Səbəbi Nədir? - AÇIQLAMA
2025-11-04 16:19:10 -
Ramiz Mehdiyevin Vəkilləri şikayətlərini Niyə Geri Götürdü? - Yeni Detallar
2025-11-04 16:04:10 -
Avtobusdan Istifadə Edənlərin NƏZƏRİNƏ! Marşrutların Hərəkət Sxemi...
2025-11-04 15:47:10