Azərbaycanda Süni Yağış Yağdırılacaq - Tarix Açıqlandı

Növbəti iki il ərzində Azərbaycanda süni yağış texnologiyasından istifadə edilməsi nəzərdə tutulur. Oxu.Az bu barədə Bakıda keçirilən II Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının - "Baku Water Week"in (Bakı Su Həftəsi) açılışı çərçivəsində məlumat əldə edib. Belə ki, ölkədə hazırda süni yağış texnologiyasının inkişafı ilə bağlı tədqiqatlar aparılır. Bu ilin sonunadək bu texnologiyanın texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanması işləri başa çatdırılacaq. 2026-cı ildə müvafiq sahədə pilot layihə həyata keçiriləcək və ərazilər müəyyənləşdiriləcək. Bu işlər başa çatdırıldıqdan sonra 2027-ci ildə Azərbaycanda süni yağış texnologiyası ilə bağlı 1 pilot layihə icra ediləcək.

Mənbə: https://sonxeber.az