Azərbaycanda Havadan Su əldə Ediləcək

2025-2027-ci illərdə Azərbaycanda havadan suyun əldə edilməsi texnologiyası üzrə tədqiqat və layihə işləri aparılacaq. Sonxeber.az report-a istinadən xəbər verir ki, bu barədə 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" (Bakı Su Həftəsi) çərçivəsində bildirilib. Məlumata görə, 2025-ci ildə texniki-iqtisadi əsaslandırma və layihə sənədləri hazırlanacaq. 2026-cı ildə sahədə pilot layihə üçün ərazilər müəyyənləşdiriləcək, 2027-ci ildə isə havadan suyun alınması texnologiyası üzrə bir pilot layihə icra olunacaq.

Mənbə: https://sonxeber.az