Bu il də Qurban bayramı ərəfəsində ətə tələbin artması fonunda bahalaşma olacaq. Amma əvvəlki illərlə müqayisədə bəzi fərqli məqamlar da müşahidə olunur. Yerli ət istehsalı azalıb, bu da qiymətlərə əlavə təzyiq yaradır. Artıq ilin əvvəlindən bəri ət təxminən 20 faiz bahalaşıb.
Sonxeber.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.
Ekspertin sözlərinə görə, ilin əvvəlindən bəri Azərbaycana diri heyvan idxalı 2,5-2,6 dəfə artıb:
"Bu, bazarda qiymət artımı təzyiqlərini qismən azalda bilər. Lakin yerli ət ilə idxal olunan ət arasında keyfiyyət fərqi var və Qurban bayramında əsas tələbat da yerli heyvanlaradır. Buna görə də yerli heyvanların bahalaşacağı qaçılmazdır".
Ekspert əlavə edib ki, heyvandarlığın inkişafına dəstək verilməlidir, bunun üçün isə işğaldan azad edilmiş ərazilərdə geniş imkanlar var.
Mənbə: https://sonxeber.az