XİN ABŞ-ın bəyanatını yüksək qiymətləndirir
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ Dövlət Departamentinin İranın Azərbaycan ərazisinə hücumlarını qınayan bəyanatını alqışlayır. Nazirlikdən verilən məlumata görə, bu bəyanat ABŞ-ın ölkəmizlə həmrəyliyinin göstəricisidir.
XİN bəyan edib ki, ABŞ bu addımı ilə tərəfdaşlarına dəstəyini bütün dünyaya nümayiş etdirdi. Bu mövqe, həmçinin, Azərbaycan və ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasına tam uyğundur.
Nazirlik qeyd edib ki, belə bir gərgin zamanda bir çox ölkə Azərbaycana dəstək nümayiş etdirib və biz onlara minnətdarıq. Lakin ABŞ-ın dəstəyi xüsusi əhəmiyyətə malikdir. XİN göstərilən prinsipial mövqeyə görə ABŞ-a təşəkkürünü bildirib.