Azərbaycan Bentonit Istehsalını 43 %-ə Yaxın Artırıb

Bu ilin ilk 9 ayında Azərbaycanda 234 min ton bentonit istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42,6 % çoxdur. Bu il oktyabr ayının 1-nə ölkədə 230,8 min ton hazır məhsul ehtiyatı olub. 2024-cü ildə Azərbaycanda 253,1 min ton bentonit istehsal edilib ki, bu da 2023-cü ilə nisbətən 2 dəfə çoxdur.