Son aylarda Azərbaycana idxal olunan ətlərin qiyməti yerli bazarda satılan ətlərlə müqayisədə xeyli aşağıdır. Buna görə də xaricdən gətirilən ət məhsullarına tələbat sürətlə artır.
Hazırda mağaza və bazarlarda Monqolustan və Braziliyadan gətirilmiş ətlər üstünlük təşkil edir. Rəsmi məlumatlara əsasən, ötən il Azərbaycana idxal olunan ətin həcmi əvvəlki illə müqayisədə 41 faiz artıb.
Bəs görəsən, digər ölkələrdən Azərbaycana idxal olunan ətlərlə bağlı monitorinq həyata keçirilirmi? Sözügedən ətlərin keyfiyyəti ilə bağlı vəziyyət nə yerdədir?
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurum tərəfindən istər ölkəyə idxal olunan, istərsə də yerli istehsal edilən bütün qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri görülür.
Məlumatda qeyd olunub ki, xarici ölkələrdən Azərbaycana gətirilən diri heyvanlar, həmçinin ət və ət məhsulları qida təhlükəsizliyi nəzarətindən keçilir:
"Agentlik tərəfindən həmin ixracatçı ölkədəki epizootik vəziyyətə uyğun olaraq öncədən yüklərin ölkəyə gətirilməsinə icazə verilir. Yük partiyası bilavasitə ölkəyə idxal olunduqdan sonra AQTA-nın regional bölmələrinin əməkdaşlarının nəzarəti ilə yükə baxış keçirilir, məhsullardan nümunələr götürülür, müayinə məqsədilə laboratoriyalara təqdim olunur. Laborator analiz nəticələri qida təhlükəsizliyi tələblərinə cavab verdikdə, dövriyyəyə buraxılır.
Bildiririk ki, belə məhsulların daşınması, satışı, dövriyyəsi zamanı etiketlənməyə, saxlama şəraitinə, temperatur rejiminə və s. tələblərə riayət edilməlidir. İstehlakçılar satıcıdan məhsulun müşayiətedici sənədlərini tələb edə bilərlər.
Sonda qeyd edirik ki, istehlakçılar qida təhlükəsizliyi tələblərinin pozulması halları ilə rastlaşdıqda, agentliyin "1003" çağrı mərkəzinə zəng vuraraq və ya "e-Qidam" mobil tətbiqi vasitəsilə məlumat verə bilərlər".
2025-11-01
17:31:10
Azərbaycan Bazarına Monqolustan Və Braziliyadan Gətirilən ətlər Yoxlanır? - Rəsmi AÇIQLAMA
Digər Xəbərlər
-
Sabahın Havası Meteohəssas Insanlar üçün əlverişli Olacaq?
2025-11-02 21:31:09 -
Noyabrın 3-ü Ilə Bağlı əhaliyə XƏBƏRDARLIQ - RƏSMİ
2025-11-02 19:26:10 -
Oktyabr Ayında ən çox Bahalaşan Və Ucuzlaşan Məhsullar AÇIQLANIB
2025-11-02 18:41:06 -
Həbs Edilən Icra Başçısını Kim əvəz Edir? - FOTO
2025-11-02 17:39:10 -
Baş Prokurorluq əməliyyat Keçirdi: Vəzifəli şəxslər Həbs Edildilər
2025-11-02 01:36:11