AZAL-ın Qazaxıstanın Aktau limanı yaxınlığında qəzaya uğrayan təyyarəsində yaralanan Zaqatala sakini Nurullah Siracov vəfat edib.
Sonxeber.az Lent.az-a istinadla xəbər verir ki, Nurullah Siracov bu gün səhər saatlarında yaşadığı evdə dünyasını dəyişib.
Xatırladaq ki, Nurullah Siracov 2024-cü il dekabrın 25-də həyat yoldaşı ilə birgə Qroznıda yaşayan oğlunun yanına gedirmiş. Qəza zamanı onların hər ikisi xəsarət alaraq, xəstəxanaya yerləşdirilmişdilər.
Qeyd edək ki, Nurullah Siracov xərçəng xəstəliyindən əziyyət çəkirmiş. O, AZAL-ın təyyarəsi ilə Qroznıya bu xəstəliklə bağlı əməliyyat olunmaq üçün gedirmiş. Lakin məlum hadisə səbəbindən Nurullah Siracov əməliyyat oluna bilmədi və xəsarət alaraq, Bakıda xəstəxanaya yerləşdirildi.
Nurullah Siracov aldığı xəsarətlərdən sağalsa da, xərçəngdən xilas ola bilmədi.
2025-10-18
13:30:12
AZAL Təyyarəsinin Qəzasında Yaralanan Nurullah Siracov Vəfat Etdi
Digər Xəbərlər
-
"Oratio Psixoloji Və Nitq İnkişafı Mərkəzi" Kursa Gələn Valideynləri Belə Aldadıb
2025-10-18 21:40:12 -
Narinc Rüstəmovanın Rəhbəri Olduğu Mərkəz Vergidən Necə Yayınıb?
2025-10-18 21:38:09 -
Estoniya XİN: Azərbaycanla Dostluq Münasibətlərinə Dəyər Veririk
2025-10-18 21:01:07 -
Bələdiyyələr Gələn Il Də Büdcədən Vəsait Alacaq
2025-10-18 20:31:09 -
Azərbaycan Müdafiə Naziri ABŞ Mərkəzi Komandanlığının Komandanı Ilə Görüşüb
2025-10-18 20:16:10