Azal Bakı-naxçıvan Uçuşlarını İğdır üzərindən Təşkil Edəcək!

“Azərbaycan Hava Yolları” (AZAL) Bakıdan Naxçıvana və əks istiqamətdə olan uçuşları alternativ marşrutla həyata keçirəcək.

Məlumata görə, mövcud vəziyyətlə əlaqədar olaraq, Bakı-Naxçıvan-Bakı istiqamətindəki bütün reyslər ləğv edilib. Vətəndaşların rahatlığı üçün Bakıdan Türkiyənin İğdır şəhərinə və əks istiqamətdə aviareyslər təşkil olunub. Sərnişinlər İğdır hava limanından Naxçıvana xüsusi avtobuslarla daşınacaq. Avtobuslar Naxçıvan avtovağzalına gedəcək.

5 Mart 2026-cı il üçün Bakı-İğdır-Bakı reys cədvəli:

Sərnişinlərdən xahiş olunur ki, uçuşdan ən azı 1.5 saat əvvəl hava limanında olsunlar və yanlarında xarici pasport və ya yeni nəsil şəxsiyyət vəsiqəsi olsun.

AZAL vəziyyəti nəzarətdə saxlayır və sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür. Uçuş cədvəlindəki dəyişikliklər barədə sərnişinlərə dərhal məlumat veriləcək.