AZAL Bakı-Moskva Reysi üzrə Uçuşları Bərpa Edildi

AZAL Bakı-Moskva Reysi üzrə Uçuşları Bərpa Edildi
Bakı-Moskva reysi üzrə uçuşlar bərpa edilib. Sonxeber.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin məlumatında qeyd edilib. "Rusiyanın Moskva şəhəri üzərində hava məkanında olan məhdudiyyətlər aradan qaldırıldığı üçün "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Bakı-Moskva-Bakı marşrutu üzrə uçuşları dünən axşamdan bərpa olunub və artıq cədvələ uyğun ştat rejimində həyata keçirilir", - məlumatda vurğulanıb.

Mənbə: https://sonxeber.az