Avtobusdan Istifadə Edənlərin NƏZƏRİNƏ! Marşrutların Hərəkət Sxemi...

Bakıda keçiriləcək Zəfər Paradı ilə əlaqədar 5, 6 və 8 noyabr tarixlərində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyət səbəbindən 2 müntəzəm marşrutun fəaliyyəti müvəqqəti olaraq dayandırılır, 23 marşrutun hərəkət sxemi dəyişdirilir. Bu barədə Sonxeber.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Dəyişikliyə əsasən: 1, 2, 46 və H1 nömrəli marşrutlar "28 May" NMM - Puşkin küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə; 4 nömrəli marşrut "28 May" NMM – Puşkin küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi – Xocalı prospekti, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə Mərkəzi Bulvar küçəsi – 1-ci Yaşıl Ada küçəsi (Ağ şəhər) – Xaqani Rüstəmov küçəsi – Süleyman Vəzirov küçəsi – Nəcəfqulu Rəfiyev küçəsi – Xocalı prospekti, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək. 5 nömrəli marşrut "Nəriman Nərimanov" metrostansiyası – Süleyman Rəhimov küçəsi ("28 May" metrostansiyası) istiqamətində hərəkət edəcək. 6 nömrəli marşrut iki istiqamətdə fəaliyyət göstərəcək. Birinci istiqamət "Azadlıq prospekti" metrostansiyası – Axundov bağını, ikinci istiqamət 20-ci Sahə (Ö.Nemanzadə küçəsi) – Su İdmanı Sarayı – "Binə" ticarət mərkəzini əhatə edir. 10 nömrəli marşrut Mikayıl Müşfiq küçəsi – Abdulla Şaiq küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – "28 May" NMM – Puşkin küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi – Xocalı prospekti – Nəcəfqulu Rəfiyev küçəsi – Süleyman Vəzirov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə Süleyman Vəzirov küçəsi – Nəcəfqulu Rəfiyev küçəsi – Xocalı prospekti, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək. 18 nömrəli marşrutun son dayanacaq məntəqəsi Əhməd Cavad küçəsi (Nizami bağı) olacaq. 20 nömrəli marşrut "28 May" NMM – Puşkin küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi – Xocalı prospekti – Nəcəfqulu Rəfiyev küçəsi – Süleyman Vəzirov küçəsi – Ağ Şəhər – 8 Noyabr prospekti, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə 8 Noyabr prospekti – Xaqani Rüstəmov küçəsi – Süleyman Vəzirov küçəsi – Nəcəfqulu Rəfiyev küçəsi – Xocalı prospekti – Yusif Səfərov küçəsi – Mehdi Mehdizadə küçəsi – 28 May küçəsi – Rəşid Behbudov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə; 21, 120 və 120E nömrəli marşrutlar "28 May" NMM – Kövkəb Səfərəliyeva küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi – Xocalı prospekti – Nəcəfqulu Rəfiyev küçəsi – Süleyman Vəzirov küçəsi – Ağ Şəhər – 8 Noyabr prospekti, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə 8 Noyabr prospekti – Xaqani Rüstəmov küçəsi – Süleyman Vəzirov küçəsi – Nəcəfqulu Rəfiyev küçəsi – Xocalı prospekti, daha sonra öz hərəkət sxemi üzrə; 30 və 49 nömrəli marşrutlar "28 May" NMM – Kövkəb Səfərəliyeva küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə; 32 nömrəli marşrut "28 May" NMM – Kövkəb Səfərəliyeva küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi – Xocalı prospekti – Nəcəfqulu Rəfiyev küçəsi – Süleyman Vəzirov küçəsi – Ağ Şəhər – 8 Noyabr prospekti, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə 8 Noyabr prospekti – Xaqani Rüstəmov küçəsi – Süleyman Vəzirov küçəsi – Nəcəfqulu Rəfiyev küçəsi – Xocalı prospekti, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək. 61 nömrəli marşrutun son dayanacaq məntəqəsi Rəşid Behbudov küçəsi olmaqla fəaliyyəti Səməd Vurğun küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Rəşid Behbudov küçəsi ilə; 65 nömrəli marşrutun son dayanacaq məntəqəsi Axundov bağı olmaqla fəaliyyəti Şeyx Şamil küçəsi – İstiqlaliyyət küçəsi – Azərbaycan prospekti, daha sonra öz hərəkət sxemi üzrə; 88 nömrəli marşrutun son dayanacaq məntəqəsi Füzuli küçəsi olmaqla fəaliyyəti Azadlıq prospekti – Füzuli küçəsi – Rəşid Behbudov küçəsi ilə təşkil ediləcək. 88A nömrəli marşrut "28 May" NMM – Puşkin küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi – Xocalı prospekti – Nəcəfqulu Rəfiyev küçəsi – Süleyman Vəzirov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə Süleyman Vəzirov küçəsi – Nəcəfqulu Rəfiyev küçəsi – Xocalı prospekti – Yusif Səfərov küçəsi – Mehdi Mehdizadə küçəsi – 28 May küçəsi – Puşkin küçəsi, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək. 125 nömrəli marşrutun son dayanacaq məntəqəsi "28 May" NMM olmaqla fəaliyyəti İpək yolu (Dairəvi yol) – Mikayıl Müşfiq küçəsi – Şəmsi Bədəlbəyli küçəsi ilə təşkil ediləcək. 149 nömrəli marşrut Sahil qəsəbəsi – "20-ci Sahə" dairəsi istiqamətində fəaliyyət göstərəcək. 205 nömrəli marşrutun fəaliyyəti İpək yolu (Dairəvi yol) – Mikayıl Müşfiq küçəsi ilə təşkil ediləcək.