Türkiyədə 88 yaşlı Emine Genç, kiçik yaşda atasının onu məktəbə göndərməməsi səbəbindən oxumaq və yazmaq öyrənə bilməyib. Evli olduğu müddətdə də bu arzusu reallaşmayıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, evdə kitabları açaraq öz-özünə çalışmasına baxmayaraq, həyat yoldaşı Mustafa Gençin "Adını belə yaza bilmirsən" sözləri onu oxumaq və yazmağı öyrənməyə qərar verməyə sövq edib.
İlçe Milli Eğitim Müdürlüğünə müraciət edən qadın, Sürgü Məktəbində Görsel İncəsənət müəllimi Zeynep Atamerdən dərs almağa başlayıb. Müntəzəm çalışmaları nəticəsində 3 ay ərzində adını və soyadını yaza bilib və İlçe Milli Eğitim Müdürlüğü tərəfindən uğur sertifikatı ilə təltif olunub.
Emine Genç bildirib ki, "Ömrüm boyunca oxumaq və yazmaq istəyirdim. Artıq adımı yaza bilir, telefonla dostlarımı və yaxınlarımı zəng edə bilirəm. Hər yaşda öyrənmək mümkündür".
2025-11-04
18:31:11
88 Yaşında Oxuma-yazma öyrəndi
Digər Xəbərlər
-
Metroda Bank Kartı Ilə ödəniş Mümkün Oldu
2025-11-04 16:33:09 -
Azyaşlıların Sürət Marağının Səbəbi Nədir? - AÇIQLAMA
2025-11-04 16:19:10 -
Ramiz Mehdiyevin Vəkilləri şikayətlərini Niyə Geri Götürdü? - Yeni Detallar
2025-11-04 16:04:10 -
Avtobusdan Istifadə Edənlərin NƏZƏRİNƏ! Marşrutların Hərəkət Sxemi...
2025-11-04 15:47:10 -
Əməliyyatdan 6 Gün Sonra öldü - Yenilənib
2025-11-04 15:30:10