750 əyar Qızılın Rəngi Niyə Dəyişir? Səbəbləri Açıqlandı

750 əyar qızıl məmulatların istifadə müddətində rənginin qızarması müşahidə edilir. Bu hal, bir çox istifadəçinin qarşılaşdığı problemdir.

Bunun əsasında iki mühüm səbəb dayanır:

Tərkib Xüsusiyyətləri

750 əyar qızıl, 75% təmiz qızıl və 25% digər metalların qarışığından ibarətdir. Məhz bu digər metallar xarici təsirlərə məruz qalaraq reaksiyaya girir. Nəticədə qızılın rəngində dəyişiklik baş verir və qızarma müşahidə olunur.

Rodium Örtüyü

Bəzi hallarda 750 əyar qızıl məmulatların üzərinə ağ və ya sarı rodium örtüyü çəkilir. Zamanla bu örtük aşınır və qızıl öz təbii rənginə qayıdır. Bu da rəngdə qızarmaya səbəb olur.