Prezidentin yerli telekanallara müsahibəsində yaxın illərdə yeni 10 metro stansiyalarının tikintisinin nəzərdə tutulduğunu və bununla bağlı müvafiq proqramın qəbul edildiyini qeyd etməsi ictimai maraq doğurub.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramına uyğun olaraq, 10 stansiya ilə bağlı hazırda mərhələli işlər aparılır.
"Ümumən, Yaşıl xəttin üzərində Ağ şəhər, NZS, Nargilə adlanan ərazilərdə və "Həzi Aslanov-2" olmaqla 4 stansiya tikilməlidir. Bənövşəyi xətt üzrə "B-04" stansyasından sonra "Nizami", "Sahil", "Xətai" stansiyalarına keçid funksiyalı, "Neftçilər" xəstəxanası yaxınlığında və Ağ şəhər layihəsini əhatə edən ərazilərdə 6 yeni stansiya inşa edilməlidir. 2026-2030-cu illərdə Bənövşəyi xəttin "Xocəsən" elektrik deposunun inşasının ikinci mərhələsinin başa çatdırılması nəzərdə tutulub".
Qeyd edilib ki, hazırda Bənövşəyi xəttin layihə adı "B-04" olan stansiyasında inşaatın əsas mərhələsi üzrə işlər davam etdirilir. Bununla yanaşı, hazırda əsas təchizat məsələləri, infrastruktura dair avadanlıq və sistemlərin, o cümlədən havalandırma, eskalator, lift və digər qurğuların quraşdırılması istiqamətində tədbirlər davam edir. İnşaat işlərinin 2026-cı il ərzində yekunlaşdırılması nəzərdə tutulur.
"2025-ci ildə həmçinin Qırmızı və Yaşıl xətlərin ayrılması üzrə mərhələli işlərə başlanılıb. Dövlət proqramına əsasən tikintisinə başlanılan "Dərnəgül" elektrik deposunda da işlər plan üzrə icra edilir. Hazırda təmir-baxış sahələrinin inşası, tunellərdə yolların qurulması işləri davam etdirilir.
Qeyd edilənlərlə yanaşı, xətlərin ayrılması layihəsi çərçivəsində "İçərişəhər" stansiyasının arxasında dönmə kamerasının inşasının tamamlanması, 2 yeni elektrik yarımstansiyasının inşası, habelə elektrik təchizatı sisteminin optimallaşdırılması nəzərdə tutulub"- açıqlamada bildirilib.
2026-01-11
00:11:10
10 Yeni Metro Stansiyası BU ƏRAZİLƏRDƏ TİKİLƏCƏK
Digər Xəbərlər
-
Avtobuslarda Məsafəyə Görə ödənişin Tətbiqi Nə Vaxt Başlayacaq? - RƏSMİ AÇIQLAMA
2026-01-11 00:17:09 -
Azərbaycanda Kərə Yağı BAHALAŞACAQ - TARİX AÇIQLANDI
2026-01-11 00:15:10 -
Qış Aylarında Dərslər Bu Saatda BAŞLAYA BİLƏR
2026-01-11 00:09:09 -
Metroda Yeni Gediş Haqqı - NECƏ ÖDƏNƏCƏK?
2026-01-11 00:07:10 -
Həbib Həsənov: "Avtomobil Parklarının Yenilənməsi Günün Tələblərinə Tam Cavab Vermir"
2026-01-10 22:01:10